English (United Kingdom)  Русский (Россия) Азәрбајҹан (Азәрбајҹан)
CQA Haqqında

CQA tullantıların idarəedilməsi, ətraf mühitin təmizlənməsi, geotexniki və dağ-mədən sənayesində olan mühəndis işləri sahələrində ixtisaslaşan məsləhətçi şirkətidir. Şirkət, Azərbaycanda və Böyük Britaniyada yerləşən özüllərlə dünyavi təcrübəyə sahibdir. CQA-nın sifarişçi siyahısına əsasən tullantı idarəetmə korporasiyaları, neft və dağ-mədən şirkətləri, hökümət təşkilatları daxildir. CQA Avropa Birliyi və Dünya Bankı tərəfindən maliyyələşdirilmiş layihələrdə geniş təcrübəyə malikdir.

Şirkət etibarlı mühəndis işləri və elmi analis, praqmatik qərarların qəbulu və lateral düşüncəyə malik işçi heyyəti ilə təmin edir. CQA-nın heyəti sifarişçinin tələbləri üzərində cəmlənmək, problemləri sadəcə öyrənmək deyil onları başa düşüb həll etmək üçün həm texniki biliyə həm də işgüzar bacarığa malikdirlər.

CQA-nin Avropa Birliyinin həm zərərli həm də zərərsiz tullantılar üçün sahələrin layihələşdirilməsində, tikilməsində və keyfiyyət təminatında geniş təcrübəsi var; və Böyük Britaniya, İrlandiya, Portuqaliya, Azərbaycan, Gürcüstan və Rumıniyada yerləşən sahələrin inkişafının bütün mərhələlərində məsuliyyət daşıyıb. CQA-nın zərərli tullantıların idarəetmə sisteminin planlaşdırılmasında böyük təcrübəsi var, keçmiş SSRİ və Orta Şərqin bəzi ölkələrində yerləşən həm sifarişçi həm hökümət üçün İnteqrallaşmış Tullantı İdarəetmə Planını tərtib etmişdir. CQA həmçinin tullantıların yenidən istifadə edilməsi, gübrələnməsi və yandırılması ilə bağlı layihələrdə iştirak etmişdir.

CQA-nın geniş bərpa təcrübəsi planlaşdırma, layihələşdirmə, buraxılış və böyük layihələrin həyata keçirilməsini əhatə edir. Şirkət 1.5 kvadrat kilometr olan ərazilərdə civə, karbohidrogen, ağır metal və üzvi tərkiblərdən əmələ gələn çirklənməni təmizləmə sahələrində çalışmışdır. Layihələşdirilmiş və müşahidə olunmuş texniki üsullara torpağın yuyulması, yerindəcə bioremediatasiya, yerin təmizlənməsi, asfalta birləşməsi və su təmizləmə metodları daxildir. CQA həmçinin sənayə sahələrinin plana alınmasını yerinə yetirmiş, təmizləmə planı və strategiyalarını hazırlamışdır.

CQA-nın geotexniki və mədən təcrübəsinə sahə tədqiqatları, plana alma, torpaq işləri, qaya və torpaq yamaclarının sabitliyinin təyin edilməsi və qiymətləndirilməsi daxildir. CQA-nın tullantılardan azad olma, faydalı qazıntılarda, torpağ bərkitmələrində geotekstil və geotordan istifadə edir və geosintetik mühəndis işlərində çox geniş təcrübəyə malikdir.

Geotechnical testing