Andrew Leach, Baş Direktor
Andrew Leach 30 ildən çox beynəlxalq məsləhətçi təcrübəsinə malik olan Mühəndis və Geoloqdur. Onun tullantıların idarə edilməsi və faydalı qazıntılar zamanı lazım olan geotekstil materiallarının istifadəsində 20 il təcrübəsi var və həmçinin inteqrallaşmış zərərli tullantı idarəetmə sisteminin qiymətləndirilməsində, planlaşdırılmasınida və layihələşdirilməsində böyük təcrübəyə malikdir. Dr Leach eyni zamanda Azərbaycanın və Gürcüstanın neft sektorunda uzunmüddətli ekoloji xidmətlərin planlaşdırılması və yerinə yetirilməsində yaxından iştirak etmişdir. O, karbohidrogenlər, metallar və sianid kimi kimyavi maddələrlə çirklənmiş torpağların tədqiqatında məsul olmuşdur. Şimali və Cənubi Amerika, Rusiya, Mozambik və Kosovada bir neçə daş kömür, dəmir filizli qızıl və gümüş, qurğuşun-sink, boksit və tantal tərkibli dağ-mədən layihələrində işləmişdir. Andrew bir çox magistral yol layihələrində geotexniki məsləhətçi, appelyasiya və məhkəmə işlərinin hazırlanmasında ekspert şahid olub.
Peter Stevens, Direktor
Peter Stevens ekoloji geologiya, hidrogeologiya və geotexniki mühəndis işlərində 25 illik təcrübəyə malik olan Geoloqdur. O, tullantıların idarə olunmasının planlaşdırılması və işlənməsi, çirklənmiş sahənin təmizlənməsi, su ehtiyatlarının qiymətləndirilməsi və qorunması, yeraltı və yerüstü mühəndis işlərindən ibarət olan, yüz əllidən çox texniki və ekoloji layihəni artıq başa çatdırıb. Onun Azərbaycanda və Rumıniyada Dünya Bankı və Avropa Birliyi tərəfindən maliyyələşdirilmiş milyonlarla dollarlıq ekoloji inşaat layihələrinin idarə edilməsində və həmçinin FİDİC, İCE və Dünya Bankı modelləri kimi müqavilələrdə təcrübəsi var. Piter həmçinin çoxlu geoloji tədqiqatlar və ekoloji yoxlamalar aparmış, tikiniyə nəzarət etmiş, ekoloji təsiri qiymətləndirmiş, ekspert şahidliyi etmiş və dörd keçmiş sovet respuklikası daxil olmaqla iyirmidən çox ölkədə layihələr planlaşdırmışdır. Bu layihələrə tullantı idarəolunması qanunvericiliyini inkişaf etdirilməsinə kömək etmək, təşkilati dəstək və tullantı problemlərini strukturlaşdırmaq kimi işlər daxildir. O, həmçinin, təlim proqramları tərtib edir. Peter sərbəst Rus dili biliyinə malikdir.
Andrew Hall, Baş Menecer, Azərbaycan Ofisi
Andy ekoloji və mühəndis işi layihələrində 9 illik təcrübəyə malik olan Geoloqdur. O, təhlükəli və təhlükəsiz tullantıların idarəolunması və çirklənmiş torpaq və suyun təmizlənməsi kimi işlərdə çalışmışdır. Onun FİDİC şərtlərindən və həmçinin sahə idarəolunması texnikası və keyfiyyət yoxlanmasından istifadə edərək müqavilə idarəetməsində geniş təcrübəsi var. O, 10 nəfərdən ibarət heyəti olan Bakı ofisini idarə edir.
Robert Stevens, Ekoloji Mühəndis
Robert su mənbələrinin, çirklənmiş suyun və su sızıntılarının təmizləməsinin layihələşdirilməsində, təhlil və optimallaşdırmasında 10 illik təcrübəyə malik olan Ekoloji Mühəndisdir. Onun həmçinin ekoloji araşdırma, tullantıların idarəolunması, kompost təftişliyi və nizama salıcı əlaqə kimi işlərlə bərabər ekoloji mühəndisliyin əlaqəli aspektlərində geniş təcrübəsi var. Robet eyni zamanda tullantılar üçün poliqonların tikintisinin nəzarətində və keyfiyyətin təminatında geniş təcrübəyə malikdir. Onun həm keyfiyyətli idarəetmə, həm də nizama salıcı razılıq məqsədləri üçün işçi proseslərini inkişaf etdirilməsində, həyata keçirilməsində və həmin sistemin həyata keçirilməsində güclü təcrübəsi var. O, kurslarda, seminarlarda və praktiki şəraitdə təlimçi kimi müntəzəm çıxış etmişdir. Xüsusi paketlərdən və iri formatlı cədvəllərdən istiadə edərək analitik və ədədi modelləşdirməyi daxil etməklə yanaşı, yaxşı kompüter bacarıqlarına malikdir.
Keith Tysall İqamətgah Mühəndisi
Keith inşaat müşahidəçisi kimi 30 ildən çox təcrübəsi olan iqamətgah mühəndisidir və 20-dən çox tullantıların atılması üçün poliqonların tikintisinin texniki layihələri üçün müqavilə idarəetməsini və inşaat keyfiyyətinin yoxlanması müşahidəsini təmin etmişdir. O, saxlama üzlük sistemlərinin, geosintetik materialların və torpaqların yoxlanmasında geniş biliyə sahibdir. Onun həmçinin sahə təhqiqatlarında, magistral yol və aeroport uçuş zolağının tikintisində təcrübəsi var. Keith bu yaxınlarda Kosovoda Avropa Birliyi tərəfindən maliyyələşdirilən mədən tullantılarının (tailings) və Azərbaycanda maqistral yolun bərpa layihələri üzərində nəzarət etməni bitirmişdir.
Warren Leach, HSE Müşaviri və Layihə Mühəndisi
Warren mexaniki və mülki layihələşdirmədə, materialların daşınmasında, kompostla gübrələnmədə və tullantıların idarə olunmasında 10 illik təcrübəyə sahibdir. O, Azərbaycan Respublikasında Neftçıxarma Sənayesi üçün əsas tullantıların idarəolunması layihəsində Sağlamlıq və Təhlükəsizlik Müşaviri vəzifəsində çalışmış, SƏTƏM sənədləşmələrinin və prosedurlarının hazırlanması üçün cavabdeh idi. Həmçinin tikinti zamanı SƏTƏM tədbirlərinin yerinə yetirməsinə və sənədləşməsinə görə məsuliyyət daşımışdır. Azərbaycanda bərk radioaktiv tullantıların yenidən emal edilməsi layihəsində o, Layihə Mühəndisi vəzifəsində çalışmışdır (CQA- üçün). Onun, həmçinin, mexaniki işlənmə sistemlərinin layihəsində, tikintisində və düzəldilməsində təcrübəsi var. Hazırda Warren Qafqazda qızıl mədənində layihələndirmə və tikinti qrupunun rəhbəridir.
Ismayıl Eyvazov, Mühəndis
İsmayılın sənaye, ictimai və mülki obyektlərinin tikintintisi və onlara nəzarət sahəsində 40 illik təcrübəsi var. İsmayıl Qazaxstanda Tengiz neft yatağı layihəsinin işlənilməsində, quyulardan çıxan kükürdün tutulub saxlanılması, yanğın və su üçün depolar ve s. kimi obyektlərin tikintisində birbaşa iştirak etmiş və tikintinin ümumi gedişatına nəzarət etmişdir. Bundan əlavə İsmayıl Rusiyada yaşayış və orta məktəb binalarının tikintisinin idarə edilməsinə başçılıq edərək iş icraçısı kimi fəaliyyət göstərmişdir. İsmayıl həmçinin Azərbaycanda Bakı Dövlət Universitetinin və Bakıda müxtəlif yerli İcra Hakimiyyətlərinin inzibati binalarının təmirinə də nəzarət etmişdir. Hal-hazırda, İsmayıl şirkətimizdə mühəndis olaraq qızıl mədən yatağında təbii mineralların su təzyiqi altında çıxarılması üçün quyuların qazılmasında və infrastrukturun tikintisində iş icraçısı vəzifəsində işləyir.
Vaqif Vahabov, Mühəndis
Vaqif ictimai, mülkü və dövlət obyektlərinin tikintintisi və onlara nəzarət sahəsində 39 illik təcrübəyə malikdir. Vaqif bir çox sənaye, içtimai və mülki binaların xüsusi ilə Xəzər dənizi sahilində neft terminalının, sağlamllıq komplekslərinin tikintisində, Bayıl sürüşmə zonasının bərpasında iş icraçısı və mühəndis vəzifələrində işləmişdir. Əlavə olaraq, Vaqif Bakı şəhəri üzrə tramvay yollarının və trolleybus xəttlərinin bərpası işlərində baş mühəndis kimi fəaliyyət göstərmişdir. Onu da qeyd etmək lazımdır ki, Vaqif yerli tikinti şirkətində texniki şöbənin rəisi vəzifəsində çalışmışdır. Hal-hazırda, Vaqif şirkətimizdə mühəndis olaraq qızıl mədən yatağında təbii mineralların su təzyiqi altında çıxarılması üçün quyuların qazılmasında və infrastrukturun tikintisində iş icraçısı vəzifəsində işləyir.