English (United Kingdom)  Русский (Россия) Азәрбајҹан (Азәрбајҹан)
Ekoloji Bərpa İşləri

Containment Quality Associates Ltd Avropada, Şimali Afrikada, Yaxın Şərqdə və Xəzər Dənizi regionunda geniş bərpa etmə layihələrinə cəlb olunmuşdur. Bunlar:

Böyük Britaniya: Amerika avtomobil istehsalçısı üçün biobərpa layihəsinə nəzarət rəhbərliyi və layihələşdirilməsi. Zavodun öhdəliksiz satılması üçün bir il ərzində tarixi neft və digər karbohidrogenlər tərəfindən çirklənmənin təmizlənməsi.

İtaliya: Qazıma, germetizasiya və daxili biobərpanı itifadə edərək hərbi nəqliyyat ambarında neft ilə çirklənmiş torpağın detallı bərpa layihəsinin hazırlanmasında layihə rəhbərliyi.

Almaniya: Mövcud drenaj müdafiənin qiymətləndirilməsində layihə rəhbərliyi və hərbi bazada təkmilləşdirilmiş səthi su toplusu sisteminin və POL Ayırıcılarının layihəsi. Müqavilə Sənədlərinin, detallı layihə çertyojları, təmir planları daxil olmaqla sağlamlıq və təhlükəsizlik planlarının hazırlanması.

Böyük Britaniya: 25 Ha sənayə sahəsində çoxmərhələli sahə tədqiqatı və ardıcıl bərpa etmə işlərinin layihəsi üçün layihə rəhbərliyi. İş sahənin bağlanmasından sonra öhdəliklərin azaldılması üçün tələb olundu. Torpaq neft, PAH və metalla çirklənmişdir.

Macarıstan: Layihə Rəhbərləri son çatdırılma, hesabat və tamamlama işlərinə cavabdeh idi. Ərazisi geniş neft çirklənməsinə məruz qalan köhnə sənayə sahəsi idi. Komposterləşdirmə, vakuum çıxarılma və tullantı poliqonunun hazırlanması üçün tələb olunan texnika ilə təmin edilməsi.

Qətər: Dövlət Neft Şirkətinin tam əməliyyatları üçün bərk tullantı idarəetmə tədqiqatında texniki ekspertlərə rəhbərlik etmək. İşə terminal və rezervuar parklarında əməliyyatlar zamanı əmələ gələn geniş neft çirklənmələrini tədqiq etmək daxil idi. Məhsulun bərpasını təmin edən ekoloji azalma ölçüləri və bərpa etmə prosesinə aid  tövsiyələr verildi.

Macarıstan: Böyük sənayə binası altında geniş neft çirklənməsinin həllini tapmaq üçün sürətli- layihənin Layihə Rəhbəri. Yüksək dərəcədə çirklənmiş sahələrin bərpası üçün yerində uzun müddətli biodegratasiya üsulu tədbiq edilmişdir.

Böyük Britaniya, Belçika, Niderland, Fransa: Avropa Birliyi ərazisində ekoloji azalma layihələrinə müqaviləli çağırış üçün proqram rəhbəri. İşlərə neft sisterni çıxarılması, torpaq təmizlənməsi layihəsi və nizamlı danışıqlar daxildir.

Əlcəzair: Su quyuları, proses zavodu, boru kəməri və dəstək infrastrukturları ilə birgə yeni sahənin inkişafı üçün EIA-nın geoloji aspektləri üçün texniki mütəxəssislərə rəhbərlik etmək. İşin əsas hissəsinə mədənlərdə dizel ilə güclü çirklənmiş burğu kəsmələrini qiymətləndirmək, azaltmaq və mümkün bərpa işləri daxildir.

Böyük Britaniya: Kimyəvi maddələrlə çirklənmiş axınların sızıntısı üçün axmanın təmizlənməsi sisteminin layihələşdirilməsi və bunun köməyi ilə yaxında yerləşən çayın ciddi çirklənməsinin qarşısının alınması. Çirklənmələrə sianidlər, turşu, fenollar daxildir və çoxpilləli proses işlənib hazırlandı.

Azərbaycan: Torpağın metal civədən təmizlənməsi üçün bərpa layihəsinin hazırlanması və civə ilə çirklənmiş torpaqların atılması üçün tullantı poliqonunun layihələşdirilməsi.

Polşa: Torpağın 2-ci mərhələ tədqiqatına və Qərbi Polşada mövcud olan avtomobil komponentləri fabrikində qrunt suların çirklənməsinə nəzarət.

Böyük Britaniya: Cənubi İngiltərədə avtomobil komponentləri fabrikində çirklənmənin bərpa edilməsinə və qismən dağıdılmasına nəzarət. Bərpa işlərinə parniklər altında (landfarming) damaların tikintisi, hidroizoliyasiyası, doldurulması daxil idi.

Böyük Britaniya: İngiltərənin cənubunda yerləşən köhnə çap mürəkkəblərini istehsal edən zavodun sahəsində torpaq və qrunt sularının çirklənməsinin tədqiqatı üçün layihə rəhbərliyi.

Böyük Britaniya: Bərpa etmə işləri üçün tövsiyələr ilə birgə bina təchizatı anbarında dizel yanacağının axıdılmasının tədqiqatı aparılmışdır.

Böyük Britaniya: Piezometrlərin qurulması və onlara nəzarət etməklə yanaşı Esseksdə köhnə qaz işlərinin hidrogeoloji tədqiqatı aparıldı. Qrunt suyunun biobərpası seçimlərinin qiymətləndirilməsi üçün vurma sinaqları aparıldı.

Böyük Britaniya: Yorkşirdə keçmiş qaz işlərinin biobərpa planının layihəsi üçün torpaq və qrunt sularının tədqiqatı aparıldı.

Böyük Britaniya: İngiltərənin cənubunda PVC təbəqə zavodunun ekoloji yoxlanması üçün Layihə rəhbərliyi. Torpaq və qrunt sularının çirklənməsinin tədqiqatı aparıldı, torpağın və su nümunələrinin kimyəvi analizləri ABŞ-ın EPA standartlarına uyğun yerinə yetirildi.

Böyük Britaniya: Potensial sahə alıcıları üçün əvvəlki partlayıcı və partladıcı maddələrin istehsal sahəsinin nəzəri yoxlanması həyata keçirildi.

Böyük Britaniya: Torpaq və qrunt sularının çirklənmə səviyyəsini təyin etmək üçün NW İngiltərədə plastik və pigment zavodunun 2-ci tədqiqat mərhələsi layihələşdirildi və nəzarət edildi.

Böyük Britaniya: Torpaqda və qrunt sularında olan karbohidrogen, ağır metal və sulfat turşusu çirklənmələrinin ölçü və dərəcəsini təyin etmək üçün əvvəllər şüşə emalı üçün istifadə olunmuş zavod sahəsində tədqiqatlar aparıldı.

Böyük Britaniya: Köhnə qaz işləri sahəsində tədqiqat, sahənin yenidən inkişafı və kömək üçün tövsiyələr.