Containment Quality Associates Ltd 50-dən çox təhlükəli və təhlükəsiz tullantı poliqonlarının, və tullantı poliqon dəliklərinin layihələşdirilməsində məsuliyyət daşımışdır.
Çoxmərtəbəli inkişaf üçün geotexnik məsləhət xidmətləri, Rusiya: CQA çox yüksək qüllənin əsaslarının layihəsi üçün mövcud yerli geotexniki təhqiqatın və laboratoriya analiz üsullarının yararlığı ilə əlaqəli məsləhətlə təmin etmişdir. İşə həmçinin əvvəlcədən torpaq şəraitlərinin qiymətləndirilməsi, Rusiya və Böyük Britaniya geotexniki parametrləri arasındakı korrelyasiyanın qiymətləndirilməsi və gələcək işlər üçün tövsiyələr daxildir.
Suyun qurudulması və yeni quru dokun özüllərinin layihəsi,Qazaxıstan:CQA 20000 kvadrat metr quru dok üçün sahə təhqiqatlarında texniki assistentlik etmişdir. Əsas işlər tikinti zamanı suyun qurudulması və proses ərzində hidravlik qaldırma idi. Qazma buruğunun karotajının müşahidəsi ilə eyni zamanda, CQA potensial tikinti risklərini və hidrogeoloji şəraiti müəyyən etmək üçün nasosla vurma testlərini layihələşdirmiş, müşahidə aparmış və analiz etmişdir.
Əl Fujairah, Birləşmiş Ərəb Əmirlikləri: Nasosla vurma testlərinin analizi, müşahidə və birləşdirilmiş enmənin ədədi modelləşdirmə ilə birgə saatda 1 250 m3 olan suburaxıcının layihəsi, tikinti rəhbərliyi və yoxlanması. Həmçinin istehsalat quyularının qazılmasına nəzarət. İşlək suburaxıcıya nəzarət və lazım gəldikdə təmir işlərinin aparılması layihəyə əlavə olundu.
Askenson Adası: Soyutmaq, yanğın söndürmək və duzlu suyun duzdan təmizlənməsi kimi məqsədlər üçün elektrik stansiyasını duzlu su ilə təmin etmək üçün 10 elə suburaxıcının tikintisinin layihə rəhbərliyi, texniki-iqtisadi əsaslanma, layihə və texniki nəzarəti. İlkin işlərə peyk təsviri interpretasiyası, geoloji həritə, geofizika və qrunt suların modelləşdirilməsi daxil idi. Tikinti işləri birgə həyata keçirilib və təhqiqat üçün burğuyla qazmaq, quyu qazilması və nasosla vurma yoxlama işləri daxil etmişdir.
Lancashire, Böyük Britaniya:Sahə təhqiqatları məlumatlarına baxış və torpaq dəqiqliyinin geomorfoloji kartoqrafiyasının icrası ilə birgə magistral yolun genişlənməsi üçün qaya və torpaq stabilliyinin hesablamalarının baş proqramı. Layihə parametrlərini almaq, məlumatları yoxlamaq və nəticələr əldə etmək üçün bir sıra əl və kompüter texnikalarından istifadə olundu. Tədqiqat layihə parametrlərini təsdiq etmək üçün keçmiş müvəffəqiyyətsizliklərin əks analizlərini cəlb etdi. İş baş podratçının işinin müstəqil qiymətləndirilməsi üçün yerinə yetirildi.
Səudiyyə Ərəbistan: Əsas futbol meydançasının tikintisi üçün qrunt suyu idarəetməsi sisteminin layihəsi. Layihəyə müvəqqəti qurutma sisteminin və nasos stansiyası ilə daimi qrunt suyu toplusu vasitəsinin layihəsi daxildir ( 2.5 km uzunluğunda və Ərəb körfəzinə tökülən su kəməri). Tapşırığa həmçinin müqavilə sənədlərinin və inşaat çertyojlarının hazırlığı daxil idi.
Kanada: Damba layihəsi üçün sürətli aşağı enmə şərtləri altında hövzə kənarı stabilliyinin xəritəyə alınması və qiymətləndirilməsi.
Böyük Britaniya: Bir neçə şose inşaat sxemi üçün Geotexniki Məsləhətçilik.
İrlandiya Respublikası: Bir neçə şose inşaat sxemi üçün Geotexniki Məsləhətçilik layihəsi.
Honkonq: Honkonq hökümətinin Arxitektura Ofisi üçün meyllər və saxlama divarlarının nəzarəti üçün layihə rəhbərliyi. Həmin tələb olunan əlavə tədqiqatı və təmir işlərini müəyyənləşdirmək üçün 900-dən çox meylə və divara müntəzəm əsasda baxış keçirildi.
Honkonq: Shatin - Tai Po Sahil Şossesinin layihəsi üçün geotexniki mühəndislər.
Nigeriya: Bir qismi genişlənmə xüsusiyətinə malik torpaq üzərində tikilmiş 150 km-lik Biu - Maiduguri Şossesi üçün geotexniki mühəndislər.
Nigeriya: Şimali Nigeriyada yerləşən Wudil - Jahun yolunun təkmilləşdirilməsi üçün geotexniki mühəndislər.
Mançester: Köhnə tikinti poliqonu üzərindən keçən Blackley Qolf Klubunun yenidən layihələşdirilməsi üçün geotexniki məsləhətçilik.
Sussex: Mannings Heath Qolf Klubunda yerləşən irriqasiya laqununun layihəsi üçün geotexniki məsləhət.
Böyük Britaniya: Cənubi Midlends Şəbəkəsi, A43 Modernləşdirilməsi üçün layihə geotexnik məsləhəti.
İrlandiya: Ballycasey - Dromoland N18/N19 Şossesi üçün layihə geotexniki məsləhətçiliyi. Xidmətlərə ROW və körpü əsaslarının, torpaq təpəsinin, torpaq və qaya kəsmələri mailliklərinin layihəsi, nəzarət və interpretasiya daxil idi. Yumşaq torpaq üzərindən Vibro dirəklərin və geogrid dəmir beton qalaqların layihələri.
Böyük Britaniya: A6 Rushden və Higham Ferrers Yan keçməsi üçün layihə geotexniki məsləhət.
Böyük Britaniya: A45 A46 Şossesi üçün layihə geotexniki məsləhət.
İrlandiya:Limerik, Groody Yol genişləndirilməsi üçün layihə geotexniki məsləhət.