Xəstəxanaların və klinikaların layihəsi və inşaat nəzarətçiliyi, Azərbaycan: Azərbaycan Höküməti ( Dünya Bankı tərəfindən maliyyələşdirilmiş) CQA-ya 3 baş xəstəxananın və təxminən 30 klinikanın layihələşdirilməsi tapşırmışdır. CQA layihələşdirmə, memarlıq və mühəndis işləri, icazə vermə, təchiz etmə, tikinti nəzarəti, maliyyə işi və hesabat vermə kimi işlərə görə məsuliyyət daşıyır.
Tullantıları yandırma zavoduna (Enerji əldə etmək məqsədi ilə) təchiz etmə yardımı, Azərbaycan: CQA enerji əldə etmə qabiliyyətinə malik olan geniş tullantı yandırma sobası kompleksi üçün Layihələşdirmə-Tikinti-Fəalliyət (DBO) tender sənədlərinin hazırlanmasına cavabdeh idi. Bura müştərilərin tələblərini başa düşmək, tullantı mövcudluğu, xüsusi kommersiya və maddi-texniki təminat kimi məsələlər daxildir. Layihəyə həmçinin tullantı poliqonunun bağlanması kimi tulllantıların idarəolunma sisteminin təkmilləşdirilməsi həyata keçirmək daxildir. CQA sonralar tenderlərin qiymətləndirilməsi işinə baxmış və hal-hazırda təchiz etmə məsələləri üzrə məsləhət verir.
Azərbaycan: Təhlükəli tullantı poliqonunun layihələşdirilməsi, tikintisi və yeni tullantı poliqonunda nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi kimi işlərlə birgə sənayə sahəsində civə çirklənməsindən bərpa işləri üçün 8.1 milyon dollarlıq layihənin rəhbəri və texniki mütəxəssisi. CQA bütün texniki və maliyyə idarəetməni, mal və xidmətlərin təchizi Dünya Bankı qaydalarına əsasən təmin etmişdir. CQA həmçinin layihə üçün ekoloji mütəxəssis kimi fəaliyyət göstərmiş və yeni tullantı idarəolunma qanunvericiliyinin inkişafına yardım göstərmiş.
Rumıniya: Avropa Birliyi tərəfindən maliyyələşdirilən 21 M €-luq inteqrallaşmış tullantı idarəolunması layihəsinə layihə rəhbərliyi və texniki mütəxəssis. Mail (yatıq) sahədə yeni tullantı poliqonunun kompleks tikintisi, komposterləşdirmə zavodunun tikintisi və mövcud tullantı poliqonunun bağlanması.
Kosova: Avropa Birliyi tərəfindən maliyyələşdirilən təhlükəli mədən tullantılarının bərpası layihəsi üçün layihə rəhbərliyi və texniki mütəxəssis. Layihəyə materialları (tailings) yenidən formalaşdırmaq, drenaj, örtük və eroziya müdafiəsinin tikintisi daxildir.