English (United Kingdom)  Русский (Россия) Азәрбајҹан (Азәрбајҹан)
Sahə Seçimi, Ekoloji Ekspertiza və Lazımi Yoxlama

Containment Quality Associates Ltd bir neçə ekoloji ekspertizanı və lazımi yoxlama layihələrini yerinə yetirmişdir. Bunlar:

Folkland adaları: Müdafiə Nazirliyinin istəyi ilə tullantı poliqonlarının inkişafı üçün köhnə bərk qaya karxanasının qiymətləndirilməsi.

Belarusiya və Ukrayna: Sənayə inkişafı üçün potensial sahələrin müəyyən edilməsi, potensial öhdəliklərin və mühəndislik işi və inkişaf nəticələrini qiymətləndirmək üçün yoxlama, layihə standartlarını təyin etmək üçün dövlət komitələri ilə əlaqə və sahə tətqiqatı üçün qazma işlərinə rəhbərlik.

Bakı, Azərbaycan: BP-nin ( Xəzər Dənizi) korporativ ofislərinin gələcək inkişafı üçün potensial sahələrin ekoloji yoxlanması. Təhlükəli tullantıların auditi. Sement zavodu üçün Ekoloji Pasportun hazırlanması, sement bişirilməsi və qurudulması üçün sobalarda alternativ bərk və maye yanacaqlarının, və alternativ xammalın istifadəsi üçün EİA-nın hazırlanması.

Sumqayit, Azərbaycan: Milli Təhlükəli Tullantının İdarəolunması Sahəsinin gələcək inkişafı üçün Dünya Bankı tətəfindən seçilmiş sahənin ekoloji yoxlanması.

Tibilisi, Gürcüstan: Azərbaycandan Qara Dəniz Terminalına gedən neft ixrac boru kəmərinin tullantılarının yoxlanması. Tövsiyələr tullantıların basdırılması proseduralarının təkmilləşdirilməsi üçün nəzərdə tutulmuşdur.

Qatar: Yeni neft-kimya fabriki üçün EİA və tullantı idarəolunması tədqiqatları. Bərk tullantıların idarəolunması və çirklənmənin azaldılması problemləri üzrə texniki ekspert.

Pakistan: CQA yeni sahələrin inkişafı üçün EİA və FEED-də bir neçə məsələlərdə əsas məsləhətçilərə kömək göstərmişdir. Əsas mövzulara kövrək şumluq torpaqdan 80km boru kəməri marşrutunun kəşfiyyatı, yollar və boru kəmərləri üçün çay kəçidləri, emal etmə terminalının və düşərgələrin hazırlanması, su ehtiyatlarının qiymətləndirməsi, su təsiri, eroziya potensialının yollara və çaylara təsiri, inşaat materiallarının mənbələri və tullantıların basdırılması.

Bütün dünyada: İCİ-yə potensial ekoloji öhdəliklərdə və Unilever-den 4 milyard $ əldə edilmiş xərclərdə məsləhət. 150-dən çox hesabatın və əlaqəli sənədlərin yoxlanması, sahə şəraitinin konseptual modelinin təsviri və ekoloji təmizləmə xərclərinin qiymətləndirilməsi, müvafiqlik və ödənilməmiş öhdəliklər.