Containment Quality Associates Ltd-nin tullantı strateqiyası və planlaşdırma xidmətləri Xəzər Regionunda və Yaxın Şərqdə bir çox layihələrə rəhbərlik etməyə şərait yaratmışdır. Bunlar:
Bakı, Azərbaycan: BP-nin Xəzər dənizindəki fəaliyyəti nəticəsində neftçıxarma sektorunda yaratdığı təhlükəli tullantıların idarə olunması üçün Birgə Planın hazırlanması. Tullantı istehsalının və təmizləyici qurğuların auditi, istehsalat səmərəliyinin və əməliyyatların monitoringi, sağlamlıq, təhlükəsizlik və ekoloji sənədlərin icmalı. Qazma şlamın böyük miqyaslı biobərpası, istifadə olunmamış tullantı poliqonlarının yenidən istifadəsi və podratçıların sağlamlıq və təhlükəsizliyin idarəetmə layihələri üçün əməliyyat üsullarının ətraflı tərtib edilməsi. Təhlükəsizlik və əməliyyat təlim materiallarının hazırlanması və podratçıya çatdırılması.
Bakı, Azərbaycan : Bakı şəhər tullantıları üçün Birgə Tullantıların İdarəolunması Planının inkişaf etdirilməsi. Tədqiqat Avropa Bankı adından yerinə yetirildi.
Qatar: Açıq dəniz əməliyyatlarında bərk tullantıların idarəolunmasını öyrənmək. İşə dörd neft və qaz yataqlarının istismar edilməsi, ada terminalı, materik təchizatı bazası və gəmiçilik əməliyyatları üçün hərtərəfli rəsmi yoxlamalar cəlb olundu.
Azərbaycanda yerləşən Abşeron Yarımadaları üçün tullantıların idarəolunması strateqiyasının inkişaf etdirilməsi: Azərbaycan dövləti. Bu layihə əhalisi sıx olan bu şəhər və sənaye ərazisi üçün Birgə Tullantıların İdarəolunması Planının inkişafını əhatə edir. İş mövcud vasitələrin qiymətləndirilməsini və qısa, orta və uzun müddətli inkişaf planlarını özünə cəlb edir. Layihə bir neçə təşkilat tərəfindən koordinasiya edilib o, cümlədən Dünya Bankı daxil olmaqla.