English (United Kingdom)  Русский (Россия) Азәрбајҹан (Азәрбајҹан)
Vakansiyalar

CQA-da vakansiyalar

Biz, Böyük Britaniyada və yaxud xaricdə iş axtaran, ixtisas dərəcəsinə uyğun olan potensial işçilər haqqında eşitməyə həmişə maraqlıyıq.

Baş Ekoloji Mütəxəssis

CQA həm Böyük Britaniya həm də digər ölkələrdə müxtəlif layihələrdə işləmək üçün motivləşmiş və çoxtərəfli ekoloji mütəxəssis axtarır. İxtisaslardan və təcrübədən asılı olaraq, özünə tullantıların idarə olunması planlaşdırılması və mühəndislik işi, ekoloji tədbirlər, geotexniki mühəndislik, təchiz etmə və idarəetmə kimi fəaliyyətləri daxil edən tapşırıqlar (təyinatlar) CQAnın fəaliyyətlərinin tam (dolu) diapazonunu əhatə edəcək (örtəcək). Orada, kommersiya inkişafında iştirak etmək (işə girmək) və şirkət çərçivəsində karyeranı qurmaq üçün imkanlar olacaq. Namizədlərin münasib ixtisas üzrə ali təhsili və ən azı 5 illik iş təcrübəsi olmalıdır. Aydın hesabat yazmaq bacarığı, təqdim etmə, komandalarda iş və göstərilmiş son müddətə riayət etmək kimi şəxsi keyfiyyətlər tələb olunur. Namizəd İngilis dilini yüksək dərəcədə bilməlidir. Başqa Avropa dillərini, xüsusilə Türk dili və ya Rus dilini bilənlərə üstünlük verilir. Ödəniş paketi danışıqlar yolu ilə təyin olunur və rəqabətli olacaq.

Baş Mühəndis/Geoloq

Böyük Britaniyada və xaricdə olan layihələr üçün tələb olunur. 5+ illik torpaq işləri layihəsi və tikinti nəzarəti təcrübəsi olanlara üstünlük verilir. Ödəniş paketi danışıqlar yolu ilə təyin olunur.

CQA Mühəndisi

Böyük Britaniyada müxtəlif yerlərdə zibilxana layihələri üçün tələb olunur. Qisa müddətli xaricdə işləmə imkanları var. 2+ illik tullantıların atılması üçün poliqonların tikintisi, torpaq işləri və geomembran tikinti keyfiyyətinin təmin edilməsi təcrübəsi tələb olunur.

İnşaat Rəhbəri

Böyük Britaniyanın müxtəlif yerlərində zibilxana layihələri üçün tələb olunur. Qısa müddətli xaricdə işləmə imkanları var. Müqavilələrin administrasiyası təcrübəsi ilə birlikdə 3+ illik tullantıların atılması üçün poliqonların tikintisi, torpaq işləri tikintisinin nəzarəti təcrübəsi tələb olunur. Daimi və Müqaviləli yer mövcuddur.

Öz maraqlarınızı bu elektron ünvanına göndərə bilərsiz: andrew.leach@containment.co.uk